• Şəbnəm Tovuzlu. İstəyərəm beş övladım olsun - Video

ARB TV-nin “Show News” verilişinin növbəti müsahibi müğənni Şəbnəm Tovuzlu olub.

12.03.2020 - 20:24

Müğənni yenidən ana olmaq istəyindən danışıb:

“O arzu bütün analarda var. Əslində, istəyərəm beş övladım olsun. Ona baxmağa imkan da, şərait də var. Özüm tək uşaq olmuşam.

Niyə olmasın ki, sevdiyim, həyatım varsa, qoy beş övlad olsun. Qızı da, oğlanı da sevirik, fərq qoymuruq və planlaşdırırıq”.(oxu.az)