• Məşhur müğənnilər karantində olanlar üçün konsert verdilər - Video

Türkiyənin məşhur müğənniləri Sıla və Yalın koronavirusla bağlı evdən çölə çıxmayanlar üçün konsert veriblər.

20.03.2020 - 20:02

“HaberGlobal”ın məlumatına görə, müğənnilər evlərindən izləyiciləri üçün “Instagram”dan canlı yayım təşkil ediblər.

Onlar #EvdəKalTürkiye həştəqi ilə başlayan kampaniyaya qoşularaq, sevilən mahnılarını səsləndiriblər.(oxu.az)