• Damla koronavirusa görə Bakıya gələ bilmir

Müğənni Damla Bakıya gəlməklə bağlı problemlər yaşayır.

18.03.2020 - 19:40

BiG.AZ xəbər verir ki, müğənni bu barədə instaqram hesabında yazıb. Belə ki, Damla Novruz bayramı ilə əlaqədar Moskvaya gedib. Koronavirusla bağlı geri dönə bilmir. Damla post paylaşaraq izləyicilərindən dua etmələrini xahiş edib:

" Dostlar, Moskvadan Bakıya dönüş problemi yaşayırıq.Novruz tədbirlərimizdən sonra geriyə necə qayıdacağıq? Dua edək, hər şey tezliklə yoluna düşsün və sağ salamat vətənə dönək".