• Bu da Xalq artistinin aldığı yeni villa - Foto - Video

Xalq artisti Brilliant Dadaşova aldığı dəbdəbəli bağ evini ilk dəfə nümayiş etdirib.

17.02.2020 - 19:32

Oxu.Az xəbər verir ki, İctimai Televiziyada (İTV) yayımlanan Saleh Bağırovun aparıcısı olduğu “Gəl, qonaq ol!” proqramının növbəti buraxılışı sənətçinin Buzovna qəsəbəsində yerləşən villasında baş tutub. 

Verilişdən olan görüntülər İTV-nin “Facebook” səhifəsində yayımlanıb. 

Qeyd edək ki, Xalq artisti Brilliant Dadaşova ötən il dekabr ayının əvvəlində Oxu.Az-a açıqlamasında həmin qəsəbədə yerləşən köhnə bağ evini sata bilmədiyini dilə gətirərək, bu sözləri söyləyib:

“Kömək edin, Buzovnadakı bağ evimi satım. “Maklerlər” evi satışa çıxardığımı bilirlər. Amma mənim bağ evim o qədər də bahalı deyil. Yaxşı olardı ki, tezliklə satılardı, amma hələ də gözləyirəm”.