• Artıq Natavanla rəfiqə deyilik - Oksana sirləri açdı

Rəqqasə Oksana Rəsulova prodüser Tarix Əliyevin (Tolik) “Tolik ilə səmimi” “Youtube” layihəsində qonaq olub.

18.03.2020 - 19:14

Axşam.az xəbər verir ki, Tolik Oksana ilə müğənni Natavan Həbibi arasındakı inciklikdən bəhs edib. Rəqqasə illər əvvəl küsmələrinin səbəbini açıqlayıb:

“Natavan bu yaxınlarda müsahibə verib, məndən danışıb. Deyib ki, guya mən Toliklə Natavana yox, Elşad Xoseyə görə küsülüyəm. Deyib ki, bizim aramızda “Maşın-şou”da yaşananlar bunun səbəbidir. Yox, 2010-cu ildə şoudan sonra, Tolik, sənlə yaxın dostluq edirdik. Bizim dostluğumuz üç il çəkdi. 2013-cü ildə bir status paylaşmışdım: “Natavanın dostu dostum, düşməni düşmənimdir”. Sən də bu statusdan sonra məni “Instaqram”da “qara siyahı”ya saldın.

Natavanla sən barışanda isə pis oldum. Biz onunla yaxın rəfiqə idik, dərdimizi bölüşürdük, hər zaman onun tərəfində olmuşam. Pis oldum ki, niyə barışığı mən bilmirəm. Bunu mənimlə paylaşmalı idi. Mən özüm başqa yerdən öyrəndim və incidim. Hətta ona dedim ki, Toliklə barışacağam, amma səninlə yox”.

Oksana Natavanın toyuna qatılmamasının səbəbini də açıqlayıb:

“Natavan toyuna çağırdı, amma övladım yeni doğulmuşdu deyə, gedə bilmədim. Mənim ad günümdə isə Natavan gəldi, biz barışdıq. Mən də onun övladının xeyir işinə qatılacağam.
Niyə Natavanın müsahibəsində mənim adım hallanırdı? Bunu başa düşmədim.
İndi Natavanla yaxın rəfiqəliyimiz yoxdur. Şou-biznes nümayəndəsidir, xanımdır, aramızda ancaq “salam - sağ ol” qalıb”.

Qeyd edək ki, Natavan Oksana haqda “Onunla aramız Tolikə görə dəyib. Amma davaları mənə görə deyildi. Məndən öncə “Maşın-şou”da Elşad Xoseyə görə dalaşmışdılar. Xəbərim yox idi. Oksana demişdi ki, Tolik sənə görə məni söyüb. Biz Toliklə Bakıya gəldik. Bir həftə sonra Tolikə Dağıstanda fəxri ad verdilər. Bir də gördüm ki, Tolik üstümə qaçır. Bax, gör mənə kim yazıb? Baxıram ki, Oksana onu təbrik edib. Halbuki, mənimlə elə dava etdi, elə qışqırdı, mən də Tolikə dedim ki, üzr istəmə. Tolik səninlə barışmalı idi. Oksana, sən Tolikə yazmamalı idin. Belə qürurlu qız idinsə, niyə yazırdın, təbrik edirdin?” sözlərini deyib.