• Aktrisadan boşanıb gizlicə evləndi. Heç kimin xəbəri yoxdur

Türkiyənin “Yeni Malatyaspor” komandasında çıxış edən Gökhan Töre memar sevgilisi Buket Büyükdere ilə gizli şəkildə evlənib.

22.03.2020 - 20:27

Cütlük Bebek sahilində yürüş edərkən paparatsilərə yaxalanıb.

Töre müxbirlərin “Buket xanım instaqramda soyadını Töre yazıb. Yoxsa evləndinizmi” sualına belə cavab verib: “Çox xoşbəxtik. Kimsənin xəbəri yoxdur. Ötən ay sadə bir mərasimlə evləndik. Hər şey yolundadır”.

Qeyd edək ki, Gökhan Töre 2 il evil qaldığı aktrisa sevgilisi Esra Bilgiçdən 2019-cu ildə boşanmışdı.(publika)