• Afaq Tolikin sözü ilə toyda məni elan etmədi - Natavan

Müğənni Natavan Həbibi “MTV Azərbaycan”da yayımlanan “Söhbətsiz” proqramında bir neçə qalmaqallı açıqlama verib.

12.03.2020 - 21:31

Axşam.az xəbər verir ki, onlardan biri də sənətçinin toylara getməməsi ilə bağlı yayılan şaiələr barədə olub. N.Həbibi bildirib ki, onu toylara dəvət edənlərə təşkilatçılar və prodüserlər yanlış məlumat verirlər:

“Natavan niyə toylara getmir ki? Bunu yalandan deyiblər və bir çoxları inanıb. Toliklə (Tarix Əliyev – prodüser – red.) mübahisəli olduğum vaxtlarda bu söhbət yayılıb. Dostlarımla oturduq toy sahibi kimi beş təşkilatçını yığdıq. Beşi də dedi ki, Natavan Bakıda deyil, toyda şəkil çəkdirməyə imkan vermir, dava salır, oxuya bilmir, zənglərə cavab vermir, toyları bəyənmir. Dostlarıma bu cavabı verirlərsə, gör başqalarına nə deyirlər. Mənim adımdan bunu ediblər. Hamısına görəndə deyəcəm ki, mən idim sənə zəng vuran, nə Moskva? Deyir ki, Natavan Moskvadadır, xəstəsən sən? Natavan toylara da gedir, pulunu da qazanır.

Əgər başqa biznesim varsa, heç kimə borcum yoxdur ki, açıqlayım. Kimə hesab verməliyəm ki? Haqqımda bəlli bir fikir formalaşdırıblar: Özündənrazı, toyları araşdırır, getmir, seçir. Bunlar hamısı insanları uzaqlaşdırır. Düşünürlər ki, toylara getmir, görəsən, kimi var? Bunlar hamısı mənim taleyimlə, ruzimlə oynamaqdır. Allah cavablarını verəcək. Ruzisiz qalacaqlar. Uşaqları yazıqdır, onlara heç nə olmasın. Adla bilirəm ki, kim mənə nə edib”.

Müğənni getdiyi toylar barədə araşdırma etməsi haqda gəzən söhbətlərə də aydınlıq gətirib:

“O vaxt toylara çox getmirdim. Ancaq tanıdığım adamların toyuna gedirdim. Tolik demişdi ki, Natavan getdiyi toyları araşdırır. Bu kəlməni yalnız ona qarşı demişdim. Çünki bir dəfə toya gəldim. Tolik təşkilatçı, Afaq Gəncəli aparıcı, toyu aparan müğənni Elton Hüseynəliyev idi. Mən toya girirəm, Afaq məni Tolikin sözü ilə elan etmir. Bunu sonralar Tolik özü dedi. Elton və musiqiçilər səhnədən gedir ki, məni müşayiət etməsinlər. Oxumağa başladım. Tolikin otelin işıqçısı ilə danışdı, mən səhnədə olanda işığı söndürüb yandırdılar. Diskim atdı. Tolik çox şey danışa bilər, mən düzünü deyirəm.

O vaxtı Toliki, Zoriki (rejissor Zöhrab Ağayev – red.) araşdırırdım. Guya ki, o toyda diskim atsa, ölərəm, ağlayaram, pulumu verməyəcəklər. Mən də Natavanam da, səhnədən düşməmiş deyirəm ki, təşkilatçını seçəndə diqqətli olun ki, belə şeylər baş verməsin. Qonaqlar da məni alqışladı. Müğənniyə görə toyda işıq söndürürlər. Bu mənim üçün ötəri şey olsa da, ev sahibi üçün ötəri deyil. Bunlar istəyirdi ki, zərbə olsun, amma mənim üçün gülməli bir şey idi. Araşdırırdım, çünki düşmənlərim var idi, onlar mənə qarşı çox idilər. Araşdırıram, çünki özümü qoruyuram, düz edirəm, qadınam. Bilməliyəm ki, orada məni nə gözləyir. Nə olarsa, olar. Elə deyil. Bu söhbətləri açıb tökmürdüm. Hamı elə bilir ki, özündənrazıyam”.