• Bakıda Güclü Külək Dam Örtüyünü Qopardı: Yaralı Var

Dam örtüyünün uçması nəticəsində Bakının Xəzər rayonunun sakini xəsarət alıb.

10.02.2020 - 02:24

APA xəbər verir ki, hadisə Bilgəh qəsəbəsində baş verib.

1974-cü il təvəllüdlü Bəylərov Nadir Sabir oğlu küçədə hərəkətdə olan zaman dam örtüyünün bir hissəsi qoparaq onun ayağına dəyib.

Xəsarət alan N.Bəylərov 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.