• Zlatan İbrahimoviç futbolla vidalaşa bilər

İtaliyanın “Milan” futbol klubunun hücumçusu Zlatan İbrahimoviç 2019/2020 mövsümünün sonunda karyerasını bitirə bilər.

22.03.2020 - 20:10

Bu barədə “La Gazzetta dello Sport” yazır. 

Nəşr bildirir ki, 38 yaşlı isveçlinin klubla bu ilin qışında imzaladığı müqavilənin müddəti iyunun 30-da bitir. 

Futbolçu “Milan”ın heyətində 10 oyun keçirib, rəqibin qapısına dörd qol vurub və nəticə verən bir ötürmə edib.(oxu.az)