• Ağır Yol Qəzasında Beş Nəfər Xəsarət Aldı

2 avtomobilin toqquşması ilə nəticələnən avto qəza Bakının Sabunçu rayonu, Ramana qəsəbəsində baş verib.

09.02.2020 - 19:30

Qəza nəticəsində 1989-cu il təvəllüdlü Əliyev Elşən Firudin oğlu, 1971-ci il təvəllüdlü Bayramov Bəhram Mütəllim oğlu, 1985-ci il təvəllüdlü Fətəlizadə Samir Miryusif oğlu, 1951-ci il təvəllüdlü Fətəliyeva Fəridə İlqar qızı və 1 yaşlı Fətəliyev Yusif Samir oğlu xəsarət alıblar.

Yaralılar təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıblar. E.Əliyevə sol ayağının əziyi, B.Bayramova döş qəfəsinin əziyi, S.Fətəlizadəyə ağır kəllə-beyin və qarının küt travması, F.Fətəliyevaya qarnın və bədənin küt travması, Y.Fətəliyevə isə kəllə-beyin travması diaqnozları qoyulub.