• 19 yaşlı müğənni koronavirusa yoluxdu

Artıq koronavirusa yoluxanlar arasında gənclərə də tez-tez rast gəlinir. Bu gün amerikalı 19 yaşlı müğənni Şarlot Laurensdə də xəstəliyin olması təsdiqini tapıb.

22.03.2020 - 20:18

Müğənni özü də bu barədə sosial mediada bildirib. O sağalacağına əmin olduğunu bildirərək pərəstişkarlarına müraciət edib: 

“Evdə qalın. Özünüzü xəstə hiss etsəniz də, etməsəniz də. Ana-atanızı, nənə-babanızı fikirləşin”.  

Qeyd edək ki, Şarlot Laurens aktrisa Krista Miller və ssenarist Bil Laurensin qızıdır.(oxu.az)